“Barsa” Olmonu qeydiyyətdan keçirə bilər

“Barselona” yarımmüdafiəçi Dani Olmo və hücumçu Pau Viktoru cari mövsümünün ikinci hissəsi üçün qeydiyyatdan keçirə bilməyib.

Allsport.az xəbər verir ki, Kataloniya klubu bununla bağlı açıqlama yayıb:

“Barselona” Dani Olmo və Pau Viktor üçün yeni lisenziya almaq üçün İspaniya futbol federasiyasına (RFEF) müraciət edib. Klubumuz bu məsələ ilə bağlı rəhbər qurumlardan möhlət aldığını inkar edir”.

Daha əvvəl la liqa “Barsa”ya Olmonun qeydiyyatdan keçirməyə imtina etmişdi. Klubun vəziyyəti həll etmək üçün yeni cəhdlər etməyə davam etdiyi bildirilir.

Olmonun müqaviləsində klub onu mövsümün ikinci hissəsi üçün qeydiyyatdan keçirə bilməsə, futbolçunun azad agent olacağı bəndi var.

Dani ötən yay “Leypsiq”dən “Barselona”ya keçib. Altı ay ərzində Olmo bütün yarışlarda 15 oyun keçirib, altı qol vurub və bir məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan