- Baxış sayı: 16
- 26 Mart 2026 15:22
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

“Barselona” klubun maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kömək edə biləcək investorların axtarışını davam etdirir.
Allsport.az xəbər verir ki, bununla əlaqədar Kataloniya klubunun prezidenti Xuan Laporta direktorlar Xoan Soler və Xavyer Puiqlə birlikdə Azərbaycana gəlmək qərarına gəlib. Səfərdə məqsəd “Barsa”nın ölkədə akademiyasını yaratmaq olsa da, nümayəndə heyəti həm də yeni iqtisadi müqavilələr üzrə danışıqlar aparmaq niyyətindədir.
Laporta dostu olduğu bildirilən iş adamı Adnan Əhmədzadə ilə görüşəcək.