- Baxış sayı: 16
- 16 Yanvar 2026 17:06
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

FİBA Eurobasket 2029-un ilkin təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. .
Allspor.az xəbər verir ki, Azərbaycan millisi “A” qrupuna düşüb.
Komanda Lüksemburq, İrlandiya və Şimali Makedoniya ilə üz-üzə gələcək.
Turnirin reqlamenti ümumilikdə belədir:
“A” qrupu: 4 komanda (Şimali Makedoniya, Lüksemburq, İrlandiya, Azərbaycan). “B” və “C” qrupları: hər birində 3 komanda (“B”: Bolqarıstan, Ermənistan, Norveç; “C”: Slovakiya, Albaniya, Kosovo).
Qruplarda komandalar dairəvi sistemlə ev və səfər formatında qarşılaşırlar. “A” qrupunda hər komanda 6 oyun, “B” və “C” qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi birbaşa növbəti mərhələyə yüksəlir.
Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FİBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün).