- Baxış sayı: 34
- 26 Mart 2026 18:28
- Baxış sayı: 161
- Mart 26, 2026
- 0

“Bavariya”nın hücumçusu Harri Keyn yaxın günlərdə məşq etməyəcək.
Allsport.az xəbər verir ki, Münhen klubunun futbolçusu “Seltik”lə çempionlar liqasının pley-off mərhələsinin cavab matçında baldır əzələsindən xəsarət alıb.
31 yaşlı oyunçu ciddi zədədən qaçıb, lakin fevralın 23-də “Ayntraxt”la bundesliqanın 23-cü tur oyununu buraxa bilər.
Keyn bu mövsüm “Bavariya”nın heyətində 31 matçda 29 qol vurub.