“Bavariya” tarixinin ən bahalı müqaviləsi

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musialaya təklif etdiyi müqavilənin detalları məlum olub.

Allsport.az xəbər verir ki, almaniyalı futbolçu yeni müqaviləni imzalamağa razı olsa, bu, Münhen klubunun tarixində ən bahalı sözləşmə olacaq. Musialaya illik 20 milyona avro olmaqla 2030-cu ilə qədər davam edəcək müqavilə təklif olunub.

Musiala 2019-cu ildə “Çelsi”dən “Bavariya”nın akademiyasına keçib. O, cari mövsüm ərzində 18 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.

Həmin kateqoriyadan