- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq.
Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas, yığmada 28 oyun keçirib.