- Baxış sayı: 411
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam həmrəyliyi oyunlarının açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, Əl-Cənadriyah hipodromunda baş tutan tədbirdə idmançıların rəsmi paradı gerçəkləşib və Azərbaycan nümayəndə heyəti paraddan ilk olaraq keçib.
Üçrəngli bayrağımızı ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybol millimizin üzvü Nilufər Ağazadə daşıyıb.
Azərbaycanı yarışlarda 20 idman növü üzrə 169 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 idman növündə mübarizə aparacaq.
Oyunların bağlanış mərasimi 21 noyabrda keçiriləcək.