- Baxış sayı: 43
- 19 Yanvar 2026 21:58
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

13 sentyabrda Xorvatiya paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı başlayacaq. Bu gün “Vestin” mehmanxanasında mötəbər yarışla bağlı mətbuat konfransı keçirildi. Tədbirin gedişində Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç allsport.az portalının sualını cavablandırdı:
“Biz hər şeyin şəffaf və təmiz olmasına çalışırıq. Belə halda korrupsiya və danışılmış görüşlərin olmamasına nəzarət etsək, istəyimizə nail ola bilərik. Hər birimiz idmanın güclənməsi üçün mübarizə aparırıq. Bunun qayğısına qalırıq. Güləş idmanında bütün çəkilərin olimpiya proqramına düşmək fürsəti olarsa, bunu gözəl şəkildə dəyərləndirəcəyik.
Belə əlverişli şəraitin yaranması üçün yaxşı səviyyəni qorumalıyıq. London-2012 olimpiadasında ən sürətli inkişaf edən beynəlxalq federasiya sayıldıq. Təkmübarizlik idman növlərində güləş ən məşhur növlərdəndir”.
Kamran HACI, Zaqreb