- Baxış sayı: 32
- 17 Yanvar 2025 23:37
- Baxış sayı: 91
- Yanvar 17, 2025
- 0
Azərbaycan premyer liqasının XIX turunun “Qarabağ” – “Şamaxı” oyunundan (3:2) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis matç barədə fikrini açıqlayıb:
“Çempionatın ikinci hissəsinə başladıq. Qış fasiləsindən sonra ilk oyun olduğundan, sürətli, dinamik, baxımlı mübarizə aparmaq asan deyildi. Amma vacib qələbə qazandıq. Soyuq havada bizi dəstəkləyən azarkeşlərimizin hər birinə təşəkkür edirəm. İki qol buraxmağımız məni narahat etdi. Belə sadə qollar buraxmaq olmaz. Bəzən belə matçlarda buraxılan qolların da faydası çox olur. Oyun zamanı daha diqqətli olmalıyıq”.
Baş məşqçi yanvarın 23-də Avropa liqasının əsas mərhələsi çərçivəsində Rumıniyanın FCSB klubuna qarşı keçiriləcək oyun barədə də danışıb: “Rumıniya klubu çox ağır komandadır. İntizamlı oyun üslubu var. Meydanın mərkəzində 10 nəfərlə müdafiə olunmaq bacarığına malikdirlər. Fiziki cəhətdən möhkəm, sürətli əks-hücumlara keçən, standart vəziyyətdən yaxşı yararlanan komandadır. Əsl Avropa komandası kimi sırf nəticəyə oynamağı bacarırlar. Yenə də qarşıdakı matçda daha fəal olmağa çalışacağıq”.