Belarusiyadan cəmi 1 güləşçi

Belarus güləş federasiyası Parisdə keçiriləcək oyunlara yalnız bir idmançı göndərmək qərarına gəlib.

Allsport.az xəbər verir ki, Belarusiya güləşçiləri 10 olimpiya lisenziyası qazansalar da, 9 idmançı BOK-dan dəvət almayıb. Onların arasında komanda liderləri İrina Kuroçkina, Vanessa Kolodinskaya və Maqomedhabib Kadimaqomedov, həmçinin Ariyan Tyutrin, Aleksandr Quştin, Denis Xromenkov və Pavel Qlinçuk da var idi.

Oyunlara dəvətləri Violetta Rebikova (53 kq), Kristina Sazykina (62 kq), Eqor Akuliç (74 kq), Vladislav Kozlov (97 kq), Abubakar Xaslaxanov (97 kq) və Dmitri Zarubski (130 kq) alıblar.

Belarus güləş federasiyası oyunlara yalnız sentyabrda Belqradda keçirilən dünya çempionatında olimpiya lisenziyası qazanmış yunan-Roma güləşçisi Xaslaxanovun getməsinə qərar verib.

Həmin kateqoriyadan