Belçika İtaliyanı uddu

Voleybol üzrə İtaliya millisi dünya çempionatının qrup mərhələsində Belçikaya uduzub — 2:3.

Allsport.az xəbər verir ki, qarşılaşma Keson-Sitidə keçirilib.

İtaliyalılar turnirdə ilk məğlubiyyətini alıb və 4 xalla “F” qrupunda ikinci pillədə qərarlaşıb. Belçika 5 xalla liderdir. Sonrakı yerlər Ukrayna (3) və Əlcəzairdir (3).

Son turda İtaliya sentyabrın 18-də Ukrayna, Belçika isə həmin gün Əlcəzairlə qarşılaşacaq.

Həmin kateqoriyadan