- Baxış sayı: 37
- 19 Fevral 2026 20:58
- Baxış sayı: 408
- Fevral 16, 2026
- 0

“Panatinaikos” klubu uğursuz nəticələr səbəbindən baş məşqçisi Rafa Benitesi istefaya göndərməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis Yunanıstan futbolu tarixinin ən bahalı müqaviləsinə (illik 4,4 milyon funt-sterlinq) sahib olsa da, komanda onun rəhbərliyi altında keçirdiyi 25 oyunda cəmi 13 qələbə qazana bilib.
Hazırda superliqada liderdən 16 xal geri qalaraq 5-ci pillədə qərarlaşan klubun rəhbərliyi üçün OFİ ilə keçiriləcək növbəti matç Benitesə verilən “son imkan” hesab olunur.
Məlumata görə, artıq onun əvəzinə namizəd kimi İqor Bişçan müəyyənləşdirilib.