- Baxış sayı: 30
- 26 Mart 2026 20:22
- Baxış sayı: 217
- Mart 26, 2026
- 0

“Neom” “Lion”un hücumçusu Məhəmməd Səid Benrəhmanı heyətinə qatmağa yaxındır.
Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu əlcəzairli futbolçu üçün qarşı tərəfə 15 milyon avroluq təklif göndərib. 29 yaşlı oyunçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanacaq.
Benrəhma ötən ilin fevralında “Vest Hem”dən “Lion”a keçmişdi. O, bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.