- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi azmanları cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, nəticədə milli komandalar bir neçə lisenziyadan məhrum ediliblər. Bu cəzalardan Azərbaycan da kənarda qalmayıb.
Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, İntiqam Zairov, Dadaş Dadaşbəyli və Boyanka Kostovanın dopinqdə ilişməsi vəziyyəti qəlizləşdirib. Nəticədə, IWF bizi 2 lisenziyadan məhrum edib. Bunlardan biri kişi, digəri isə qadın komandaya aiddir.
Ölkəmiz məhz bu idmançıların hesabına ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 16-cı yeri tutaraq, Rioya 4 lisenziya əldə etmişdi. Lakin artıq Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 6 atletimizin nəticəsini rəsmən ləğv edib.
Belə olan halda, Azərbaycan ağırlıqqaldıranları olimpiadada cəmi 2 kişi idmançı ilə təmsil olunacaq. Qeyd edək ki, Əliquluzadə, Angelova, Quliyev, Valentin və Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub.