Beynəlxalq çövkən federasiyasının baş assambleyasının iclası yekunlaşıb

2 fevralda yeni təsis edilmiş Beynəlxalq çövkən federasiyasının əsasnaməsi təsdiq olunub. Allsport.az saytı xəbər verir ki, sonra isə digər rəhbər vəzifələrə seçkilər keçirilib. Böyük Britaniyanı təmsil edən Anna Holl, türkiyəli Zübeyr Bəkiroğlu və mərakeşli Moubdi Məhəmməd vitse-prezidenti seçiliblər.

İclasın növbəti hissəsində isə regional qrup rəhbəri vəzifələrinə seçkilər keçirilib. Keçirilmiş səsvermənin nəticələrinə əsasən, Avropa regional qrupuna çex Ondrej Matejek, Asiya regional qrupuna özbəkistanlı Yana Pavliva Romanovna, Afrika regional qrupuna nigeriyalı Nura Sani Kangiva, Cənubi Amerika regional qrupuna argentinalı David Adrian Lagomarsino, Okeaniya regional qrupuna isə avstraliyalı Teneille Murray rəhbər seçilib.

Baş Assambleyanın ilk iclasında Bəhruz Nəbiyev federasiyanın prezidenti, polşalı Maciej Michal Olbrych isə baş katibi seçilmişdi. Bununla da Beynəlxalq çövkən federasiyasının təsisi təsdiqlənib və qurum rəsmi olaraq fəaliyyətə başlayıb.

Həmin kateqoriyadan