Beynəlxalq reqatada özünü pis edən şimali makedoniyalı avarçəkənin durumu necədir?

Avarçəkmə üzrə “Prezident kuboku-2023” beynəlxalq reqatasında iştirak üçün Azərbaycana səfər edən Şimali Makedoniya yığmasının üzvü Aleksey Çakareski (şəkildə soldan 2-ci), uzun səfərdən sonra ötən gün özünü narahat hiss edib.

Allsport.az saytı xəbər verir ki, AKAF tərəfindən dərhal təxirəsalınmaz tədbirlər görülüb və idmançı həkim müayinəsindən keçib.

Hazırda onun səhhətində hər hansı bir problem yoxdur, özünü yaxşı hiss edir və komandası ilə birlikdədir.

Həmin kateqoriyadan