- Baxış sayı: 83
- 14 Dekabr 2025 10:00
- Baxış sayı: 58
- Dekabr 18, 2025
- 0

Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət millimiz Rusiyanın Barnaul şəhərində SSRİ idman ustası Konstantin Kostenkonun xatirəsinə beynəlxalq turnirdə iştirak edir. Allsport.az saytı xəbər verir ki, 10-a yaxın ölkədən olan idmançıların qatıldığı yarışda yığma komandamız böyük məşqçi Mirnazim Cavadovun rəhbərliyi altında mübarizə aparır.
İlk yarış günü avarçəkənlərimiz üçün uğurlu nəticə ilə yadda qalıb. 1-nəfərlik kayak qayığında 15 yaşadək idmançılar arasında 1000 metr məsafəyə yarışda Əlimurad Hacızadə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Eyni yaş kateqoriyasında 2-yerlik kayak qayığında 500 metr məsafəyə mübarizə də təmsilçilərimizin qələbəsilə başa çatıb: Əlimurad Hacızadə və Vacib Babayev dueti ən yaxşı nəticə ilə xatirə turnirinin qalibi olub.