Beynəlxalq yarışlara qayıdışı həyəcanla qarşılayıb – FOTO

Rusiyalı suya tullanma üzrə Avropa çempionu Anna Konanıxina beynəlxalq yarışlara qayıdışdan sonra karyerasının ilk dünya çempionatında bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, “Sport24″ə müsahibə verən idmançı, yarışlara qayıdış xəbərinin əvvəlcə şok effekti yaratdığını, lakin tezliklə motivasiyasını bərpa etdiyini bildirib.

O, 16 yaşındakı olimpiya stressindən fərqli olaraq, 20 yaşında dünya çempionatında psixoloji cəhətdən tam hazır olduğunu vurğulayıb. Konanıxina bürünc medal qazandıqları qarışıq yarışda gərgin anları “infarkt” və “adrenalin” kimi xarakterizə edib.

Anna dördlük tullanışların böyük zədə riski daşıdığını və məqsədinin Çin idmançılarını üstələmək olduğunu qeyd edib. O, həmçinin təlimçi olmaq niyyətindən daşındığını, gələcəkdə ustad dərsləri keçməyi və yeni layihə üzərində işləməyi planlaşdırdığını açıqlayıb.

Həmin kateqoriyadan