- Baxış sayı: 41
- 04 Aprel 2025 23:47
- Baxış sayı: 40
- Aprel 04, 2025
- 0
1-ci divizionun ilk turu tamaşaçı sayında əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, mövsümün ilk günündə “Araz-Naxçıvan” – “Qarabağ-2” qarşılaşmasında (5:1) 2700 izləyici qeydə alınıb. Bu, son 5 mövsüm üçün yeni rekorddur. Amma bu rekord cəmi 1 gün duruş gətirib. 2-ci oyun günündə “Mingəçevir” – “Neftçi-2” görüşünü (4:1) daha çox – 3200 tamaşaçı izləyib. Bununla da son 5 mövsümün rekordu bir turda iki dəfə yenilənib.
Buna qədər ən yüksək göstərici Tovuz şəhər stadionunda qeydə alınmışdı. 2021/22 mövsümünün son turunun bu il mayın 17-dəki “Turan Tovuz” – “Zirə-2” matçını 2300 azarkeş izləyib.
Cari mövsümün ilk turunun 6 oyununu ümumilikdə 6610 nəfər (orta hesabla 1102) seyr edib. Bu da son 5 mövsüm üçün yeni rekorddur. Ötən çempionatın son turunda 3500 izləyici (orta hesabla 500) olub. Amma həmin vaxt 6 deyil, 7 matç baş tutub. Orta göstəricidə rekord təxminən 2-qat yenilənib.