- Baxış sayı: 190
- 12 Yanvar 2026 21:06
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov oyun öncəsi yerli mətbuata fikrini bildirib. Allsport.az xəbər verir ki, o, Banqladeşdə olmaqdan məmnunluğunu ifadə edib:
“Banqladeşdə olmaqdan çox məmnunuq. Sabahkı rəqibimizin Malayziya ilə ilk oyununu izləmişdik. Fikrimcə, Banqladeş yığması daha yaxşı çıxış etmişdi. Əllərinə düşən fürsətləri dəyərləndirə bilsəydilər, ən azı heç-heçə edərdilər. Banqladeşlə Malayziya komandalarının oyun planı, demək olar ki, eynidir.
Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik. Hücum xəttində sürətli futbolçuları var. Bizimlə matçda sürətli əks-hücumlara üstünlük vermələrini gözləyirik. Bizə bu yolla problem yaratmağa çalışacaqlar. Ümid edirəm ki, hər iki komanda matçı izləməyə gələn azarkeşlərə baxımlı oyun nümayiş etdirə biləcək”.