- Baxış sayı: 43
- 23 İyun 2026 15:47
- Baxış sayı: 52
- İyun 23, 2026
- 0

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.
Allsport.az xəbər verir ki, “B” liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Kukus” stadionunda keçirilən görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-19 qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya yığmasına qarşı keçirəcək.