“Bizim üçün hələ heç nə bitməyib”

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko Avropa liqasının cavab qarşılaşması çərçivəsində bu gün keçiriləcək “Nottingem Forest”lə oyun öncəsi fikrini bölüşüb.

Allsport.az xəbər verir ki, mütəxəssis çətin vəziyyətə baxmayaraq, mübarizəni dayandırmadıqlarını bildirib: “Bizim üçün hələ heç nə bitməyib. İngiltərəyə möcüzə yaratmaq əzmi ilə gedirik. Zədəlilərlə bağlı vəziyyət pis olsa da, mənim işim həll yolu tapmaqdır. Təzyiqlə bacarıram və bunun futbolçularıma təsir etməsini istəmirəm. Komandama inanıram, hər kəs əlindən gələni edəcək”.

İstanbuldakı ilk görüşdə Türkiyə təmsilçisi 0:3 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan