- Baxış sayı: 87
- 16 Sentyabr 2024 20:44
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
Pakistanın BMT-dəki sülhməramlı səfiri Munibə Məzari Heydər Əliyev fondu və Azərbaycan milli paralimpiya komitəsinin dəvəti ilə “Yenilməzlər” adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıda səfərdədir.
Allsport.az xəbər verir ki, Pakistanın “dəmir ledisi” bu gün əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Ramana qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində qonaq olub.
Munibə Məzari Pakistanın əlil arabası istifadəçisi olan ilk incəsənət xadimi və bu ölkənin BMT-dəki xoşməramlı səfiri olan ilk qadın təmsilçisidir. O, BBC-nin 2015-ci ilin ən nüfuzlu 100 qadını siyasına daxil edilib. Eyni ildə Forbes jurnalının “30 yaşdan aşağı 30 ən uğurlu şəxs” siyahısına salınıb.
Dünyada minlərlə fiziki məhdudiyyətli insana ruh yüksəkliyi verən və nümunə olan Munibə Məzari hazırda modellik, rəssamlıq, oxumaq, nitq söyləmək kimi fəaliyyətlərini davam etdirir.