- Baxış sayı: 64
- 15 Dekabr 2025 18:04
- Baxış sayı: 95
- Dekabr 15, 2025
- 0

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.
Allsport.az xəbər verir ki, boks mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Toplanışa 20-dək boksçu dəvət edilib. Komandaya tezliklə millinin hərbçilərin dünya çempionatında mübarizə aparmış üzvləri də qoşulacaqlar. Mundial 13 çəki dərəcəsində keçiriləcəyindən məşqçilər korpusu yarışa 1 həftə qalmış heyəti müəyyənləşdirəcək.
Oktyabrın 24-də start götürəcək dünya çempionatı noyabrın 6-dək davam edəcək.