Boksçularımız Monteneqro kubokunda

Martın 15-də Budvada boks üzrə Monteneqro kuboku start götürəcək.

Allsport.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan yığması 2 idmançı ilə mübarizə aparacaq.

Millinin böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə rinqə çıxacaqlar. Onların hər ikisi 60 kq çəki dərəcəsində döyüşəcəklər.

Bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.

Həmin kateqoriyadan