Bolqar nazir müavini güllə atdı, onlar özlərini Kürə atdı

Oktyabrın 1-də gənclər və idman nazirliyi və Azərbaycan üzgüçülük federasiyasının birgə təşkilatçılığı ilə “Kürü keçək?!” adlı açıq suda üzmə yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilən kütləvi yarış Mingəçevirdə, Kür sahilində baş tutub. İlk dəfə açıq suda üzmə yarışı iyun ayının 20-də Bakıda, Xəzər dənizində təşkil edilib.

Yarışın açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, kütləvi idman yarışlarınln əhəmiyyətindən danışıb. O, dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə kütləvi idman yarışlarına diqqətin artırıldığını bildirib.

5 yaş qrupu üzrə, ümumilikdə 100-dən çox kişi və qadın iştirakçı finişə çatmaq üçün Kür çayının 2 sahili arasında 300 metr məsafəni üzüblər. Bu dəfəki yarışın ən gənc iştirakçısının 14, ən yaşlı üzgüçünün isə 53 yaşı olub. Kişilərdə start atəşini bolqar nazir müavini Mariana Vasileva açıb.

Qadınlar arasında Milanə Xəlilova, Zeynəb Kərimova (15-19 yaş), Lalə Əzizova (20-29 yaş), Yelena Şipova (30-49 yaş), İrina Vereşagina, Svetlana Yevkina, Nailə Novotorjina (40-49 yaş), Alyona Süleymanova (50+) fərqləniblər.

Kişilərdə Bəhram Şabanlı (10-14 yaş), Səid Həmidov, Səid Zairov, Teymur Sadıqov (15-19 yaş), Əli Adıgözəlli, Toğrul Məmmədli, Tural Həsənzadə (20-29 yaş), Emil İbrahimov, Ümid Məmmədov, Teymur Quliyev (30-39 yaş), Denis Novotorjin, Ramil Məmmədov, Samir Cavadov (40-49 yaş), İnnurov Zirek, Elgiz İsmayılov, Sergey Stisyuk (50+) öz kateqoriyalarında qalib gəliblər.

Həmin kateqoriyadan