Bolqarıstanda 2 gümüş və 1 bürünc medal

Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirinə yekun vurulub.

Allsport.az xəbər verir ki, həftəsonu daha bir güləşçimiz fəxri kürsüyə qalxıb. Murad Haqverdiyev (65 kq) ilk mərhələdə bolqarıstanlı Nikola Stefanova tam üstünlüklə qalib gəlib – 10:0. Sərbəst güləşçimiz təşkilatçı ölkənin digər təmsilçisi Erdal Qalib üzərində də inamlı qələbə qazanıb – 5:1. Haqverdiyev yarımfinalda ukraynalı Erik Aruşanyandan güclü olub – 5:3. Murad finalda daha bir Bolqarıstan güləşçisiylə üz-üzə gəlib. Səlim Naimlə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə hesab 2:2 olarkən Haqverdiyevin icra etdiyi fənd əvvəlcə 2 xalla qiymətləndirilib. Ancaq rəqib etiraz hüququndan istifadə edib və “çelenc”ə baxıldıqdan sonra qərar dəyişdirilib və yekun hesab 2:2 olub. Rəqibinə sonuncu xal prinsipinə əsasən məğlub olan Murad ənənəvi yarışda gümüş medalı boynundan asıb.

Beləliklə, sərbəst güləşçilərimiz yarışı 2 gümüş və 1 bürünc medalla başa vurub. Daha öncə Sadiq Mustafazadə (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan