- Baxış sayı: 53
- 06 Mart 2026 20:47
- Baxış sayı: 254
- Mart 05, 2026
- 0

“Minnesota”nın hücumçusu Kirill Kaprizov, 2025-26 NXL müntəzəm mövsümünün qol yarışında üçüncü yer uğrunda komanda yoldaşı Mett Boldi ilə bərabərdir.
Allsport.az xəbər verir ki, Kaprizov və Boldinin hərəyə 7 xalı (3 qol, 4 məhsuldar ötürmə) var.
Hər iki oyunçu “Los-Anceles” üzərində 4-3 hesablı qələbədə qolla yadda qalıb.
“Kolorado”lu hücumçu Natan Makkinnon dörd oyunda 8 xalla (4 qol, 4 ötürmə) NXL-də qol yarışına başçılıq edir. Onun komanda yoldaşı Martin Neças isə 8 xalla (3 qol , 5 ötürmə) ikincidir.