VİDEO
“Bonni və Klayd” bir gün ərzində 320 mindən çox bəyənilib

Rusiyalı model Natalya Baruliç Braziliya millisinin və Fransanın PSJ klubunun hücumçusu Neymar da Silva Santos Juniorun qəlbini fəth etməkdə davam edir. Allsport.az saytının məlumatına görə, gənc cütlük ötən yay Parisdə moda həftəsində tanış olmuşdu.

Ancaq o zaman qız məşhur kolumbiyalı müğənni Maluma ilə münasibətdə idi. Nəticədə, 2019-cu ilin payızında ulduz futbolçunun rus gözəlçəni cənubi amerikalı dostundan oğurladığı məlum olub. Uzun müddətdir Neymarla Nataşa koronavirus pandemiyası zamanı bir yerdə olublar.

Bu, 28 yaşlı futbolçu ilə seksual modelin qucaqlaşdığı GQ jurnalının qapağıdır. Onlar bunu İnstaqramda qoyaraq belə yazıblar: “Bonni və Klayd”. Bu şəkil 1 gün ərzində 320 mindən çox bəyənmə toplayıb.

Həmin kateqoriyadan