- Baxış sayı: 51
- 12 Mart 2025 19:54
- Baxış sayı: 61
- Mart 24, 2025
- 0
Badmintonçularımız Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 3 qızıl və 3 bürünc medal qazanıblar.
Allsport.az xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında Diki Pangestu, kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov – Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin badmintonçularının iştirak etdiyi beynəlxalq turnirdə qızıl medal qazanıb.
Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov – Həcər Nuriyeva cütü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçularımız bürünc medalı təmin edib. Daha 2 bürünc medal qadın badmintonçuların şəxsi yarışında qazanılıb. Həcər Nuriyeva və Era Maftuha müvafiq kateqoriya üzrə bürünc medala layiq görülüb.