Boy fərqinə görə karyerasını bitirdi – İndi haradadır? – FOTO

Rusiyalı fiqurçu Tatyana Kuzmina karyerasını bitirməsinin əsas səbəbini partnyoru Aleksey Xvalko ilə arasındakı boy fərqin artması ilə əlaqələndirib. Allsport.az xəbər verir ki, o, idmanı perspektiv görmədiyi üçün tərk etdiyini bildirib.

Kuzmina idman sonrası həyata tez uyğunlaşdığını və yarış həyəcanı üçün darıxmadığını qeyd edib. O, yayda iki aylıq müddətə Çində buz şousunda iştirak edərək yeni iş təcrübəsi qazanıb.

Hazırda fiqurçu şəxsi bloqunu inkişaf etdirir. O, hətta toy videosunun montajını belə, özünün etdiyini açıqlayıb.

Həmin kateqoriyadan