Boyanka Kostova: “İnanıram ki, dünya çempionatında da yeni rekordlara imza atacağam”

Azərbaycanın qadın atleti Boyanka Kostova ağırlıqqaldırma üzrə Tiflisdə keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıb. Allsport.az xəbər verir ki, Avropa çempionu qələbə sevincini “Azərtac”la bölüşərək deyib:

“Avropa çempionu olduğuma görə çox sevinirəm. Bu, həm mənim, həm də klubumuzun qələbəsidir. Mən ilk növbədə Azərbaycanda idmanın inkişafı üçün yaratdığı şəraitə, biz idmançılara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdaram. Eyni zamanda, mənə göstərdikləri etimada və dəstəyə görə “Neftçi” klubunun rəhbərliyinə, məşqçilərimə təşəkkürümü bildirirəm. Düşünürəm ki, Avropa çempionu olmaqla kifayətlənməməliyik. Şəxsən mən dünya çempionatında iştirak etmək, orada qalib gəlmək istəyirəm. İstəyirəm, həm dünya çempionu olum, həm də yeni rekordlara imza atım. İnanıram ki, buna nail olacağam”.

Həmin kateqoriyadan