- Baxış sayı: 43
- 11 Mart 2026 22:35
- Baxış sayı: 44
- Mart 11, 2026
- 0

Bu gün premyer liqanın 21-ci turunda “Araz-Naxçıvan” səfərdə “Kəpəz”ə 1:3 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Azər Bağırov yenilgiyə aydınlıq gətirdi:
“Rəqibi təbrik edirəm. Böyük ölçüdə dəyişiklik etməyəndə, oynamaq çətin olur. İlk hissədə standart vəziyyətdən 2 qol buraxdıq.
Bu azmış kimi, düşən fürsətlərdən yararlana bilmədik. Danışmaq çətindir. Çempionatda ən zəif oyunumuzu oynadıq. Çalışacağıq ki, səhvlərimizi aradan qaldıraq”.