“Böyük və güclü ölkə olan Azərbaycana öz təşəkkürümü bildirmək istəyirəm”

Bakı idman sarayında U-23 Avropa çempionatının son günendə sərbəst güləşdə 86 kq-da Arseni Cioyev 3-cü yer üçün görüşdə finlandiyalı Miko Elqalanı 11:0 məyus etdi. Həlledici mücadilədən sonra o allsport.az saytına açıqlama verdi:

“Böyük və güclü ölkə olan Azərbaycana öz təşəkkürümü bildirmək istəyirəm. Məni qonaq kimi qəbul etdilər. Azərbaycan xalqı qonaqpərvər və xeyirxahdır. Məni artıq burda hamı doğma sayır.

Debütdə bürünc medal qazandım. Baxmayaraq ki, qızıla köklənmişdim. Səviyyəli və ağıllı məşqçilər heyətimiz var. Onlarla daha irəli gedəcəyik”.

Həmin kateqoriyadan