- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəsmi şəkildə bəyan edir ki, azerisport.com-da yerləşdirilmiş «Последнее место для Ровшана, или Чем боксеры занимались в США?» («Rövşənin axırıncı yeri və ya boksçularımız ABŞ-da nəylə məşğul imiş?») sərlövhəli yazı heç bir halda AFFA-nın mövqeyini əks etdirmir.
Allsport.az saytı xəbər verir ki, AFFA ölkəmizdə fəaliyyət göstərən bütün idman federasiyalarının uğur qazanmasını, bütün idmançılarımızın iştirak etdikləri turnirlərdə müvəffəqiyyət əldə etməsini arzulayır və hər bir federasiya ilə əməkdaşlıq edir.
Azərbaycanda idman mətbuatının inkişafı məqsədilə Media Komitəsi bir sıra idman təşkilatları ilə əməkdaşlıq edir və onların sırasında Gənclər və İdman Nazirliyi də var. Media Komitəsinin elan etdiyi layihə çərçivəsində dərc olunan yazıdakı fikirlər azersport.com saytının yanaşmasıdır və AFFA-nın mövqeyi deyil.