“Bu, bizim ümumi qələbəmizdir”

Macarıstan paytaxtı Budapeştdə qitə çempionatında yunan-Roma güləş millimiz ilk dəfə komanda hesabında 1-ci olub. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Aleksandr Tarakanov yarış təəssüratı belə olub:

“İlk dəfə komanda hesabında Avropa çempionu olduq. Bunda həm güləşçilərin, həm məşqçilərin, həm də federasiya rəhbərliyinin əməyi var. Bu, bizim ümumi qələbəmizdir.

Hamımız bu nəticəyə görə sevinirik. Bizə dəstək verən, bizim üçün həyəcan keçirən hər kəsə təşəkkürümü bildirirəm. Bu dəstək bizim üçün çox vacib idi”.

 

Həmin kateqoriyadan