- Baxış sayı: 71
- 27 Sentyabr 2024 17:25
- Baxış sayı: 74
- Oktyabr 17, 2024
- 0
Braziliyada Formula-1 dünya çempionatının 19-cu mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, komandalar 4309-metrlik San-Paulu trasında 71 dövrə vurublar.
Öncəki, Ostin və Mexikoda dubl edən “Red Bul”, bu dəfə yerini “Mersedes”ə verib. Komandanın öncülü Lüis Həmilton finişə çatmağa 1 saat 32:22.851 saniyə vaxt sərf edib.
Avstriya təmsilçisinin aparıcı sürücüsü Maks Ferstappen 2-ci yer tutub. İlk üçlüyü Valtteri Bottas qapayıb.
Növbəti ötüşmə 1 həftə sonra Qətərdə baş tutacaq. Pilotlar 5380-metrlik Losail trasında 57 dövrə vuracaqlar.