- Baxış sayı: 65
- 27 Sentyabr 2024 17:25
- Baxış sayı: 64
- Oktyabr 10, 2024
- 0
Son 8 ildə ilk dəfə olaraq, Formula-1 həftəsindən sonra 24 saat ərzində bütün yol məhdudiyyətləri aradan qaldırılıb. Allsport.az saytı xəbər verir ki, 13-15 sentyabrda Azərbaycan qran prisi ərəfəsində bağlanan prospekt və küçələr nəzərdə tutulmuş vaxtdan daha tez, bu gündən sürücülərin istifadəsinə verilib.
Bakı şəhər halqası əməliyyat şirkəti, daxili işlər nazirliyi, Baş dövlət yol polisi idarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə olaraq, yollar 24 saat tamam olmamış nəqliyyatın məhdudiyyəti aradan qaldırılıb. Həmçinin, sentyabrın 16-dan 17-dək, 1 gün ərzində Bakı şəhər halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3306 ədəd beton bloklar aradan götürülür.
Xatırladaq ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub.
BŞHƏŞ şəhər sakinlərinin və sürücülərin göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.