- Baxış sayı: 304
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Bakı idman sarayında güləş üzrə U-23 qitə çempionatında bu gün qadınlarda daha 5 çəkidə medalçılar müəyyənləşdi. 57 kq-da Jalə Əliyeva finalda türkiyəli Elvira Kamaloğlunu 5:3 yendi. Həlledici görüşdən sonra o sevincini KİV ilə bölüşdü:
“İnişil bu yarışda 1-ci, ötən il 3-cü olmuşdum. Allahın köməkliyi ilə bu dəfə də çempion oldum. Yaxşı təlim-məşq toplanışı keçmiçdik. Doğma divarlarda fürsəti əldən verə bilməzdim.
Qalib gələcəyimə inanırdım. Toğrul müəllim (Əsgərov) dedi ki, necə xalçaya daxil olursan, elə də əminliklə güləş. Allah şox şükürlər olsun, sonda hər şey əla alındı”.