“Bu dəfə də istəyimizə çatdıq”

Azərbaycan 1-ci liqasının 4-cü turuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, turun son qarşılaşmasında “Qəbələ” səfərdə “Baku Sportinq”i 2:0 məğlub edib. Mətbuat konfransında qonaqların baş məşqçisi Kaxaber Tsxadadze açıqlama verib:

“Əlbəttə, bu cür meydanda oynamaq olduqca çətindir. Komanda öz oyununu göstərə bilmir. Futbolçuların zədələnmə ehtimalı çox olur. Rəqib komanda evdə oynayırdı. Müəyyən mənada bu onlar üçün üstünlük idi.

Ümumiyyətlə, “Qəbələ”yə qarşı bütün klublar xüsusi motivasiya ilə oynayırlar. Hər oyun maksimum gücümüzlə hazırlaşmağa çalışırıq. Çıxdığımız bütün matçlarda əlimizdən gələni edib əsas məqsədimiz olan qələbəni əldə etməyə can atır, bunun üçün mübarizə aparırıq.

Bu dəfə də istəyimizə çatdıq. Komandam yaxşı oyun göstərdi, futbolçularımdan razıyam”.

Həmin kateqoriyadan