- Baxış sayı: 193
- 20 Yanvar 2026 14:00
- Baxış sayı: 110
- Yanvar 25, 2026
- 0

Azərbaycan üzgüçülük federasiyasının ümumi yığıncağı keçirilib.
Allsport.az xəbər verir ki, iclasda yeni nizamnamə qəbul olunub və daha bir vitse-prezident seçilib.
Yığıncaqda qonaq qismində gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, federasiyanın vitse-prezidentləri Xaliq İldırımzadə və Dəyanət Sədullayev, icraiyyə komitəsinin və federasiyanın üzvləri, eləcə də digər rəsmi şəxslər iştirak edib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümumi yığıncağı giriş sözü ilə açan ASF-nin prezidenti Zaur Əliyev ötən ilin yekunlarından və federasiyanın prioritetlərindən bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov federasiyanın fəaliyyəti və gördüyü işləri təqdirəlayiq olaraq dəyənləndirib və federasiyaya gələcək layihələrin həyata keçirilməsində uğurlar arzulayıb.
ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər və xərclər barəsində hesabatını təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni nizamnaməsi, eləcə də nəzarət-təftiş komissiyasının əsasnaməsi qəbul olunub. Həmçinin federasiyada vitse-prezident seçkiləri baş tutub və Jalə Əhmədova ASF-nin vitse-prezidenti seçilib.
Hazırda federasiyanın 4 vitse-prezidenti var – Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov təmsil olunublar.