- Baxış sayı: 36
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
U-19 millimizin sabiq baş məşqçisi, veteran futbolçu Vəli Qasımov qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– İspaniyanın “Qranada” klubunda çıxış edən Eddi İsrafilovun millimizə dəvət olunması futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Sizin buna münasibətiniz necədir?
– Bu futbolçu “Qranada”da az oynasa da, hər halda səviyyəli çempionatda çıxış edir. Bizim millinin əksər üzvü Azərbaycan çempionatında oynayır. Ona görə də komandamız Avropada heç nə edə bilmir. Deyə bilmərik ki, İsrafilov gələn kimi millinin əsas heyətində yer alacaq. Baş məşqçinin etimadını qazansa, yəqin ki, qarşıdakı oyunlarda meydana çıxa bilər. Mən onun gəlişin əleyhinə deyiləm.
– Sizcə, Eddi İsrafilov milli komandamızın orta xəttində olan boşluğu doldura bilər?
– Hələ ki, onun kimin mövqeyində çıxış edəcəyini bilmirik. Hər hada Avropa səviyyəli futbolçudur. Buna görə də ola bilsin ki, bizə köməyi dəyə.
– Vaxtilə İspaniya La Liqasında çıxış etmisiniz və bilirsiniz ki, oranın mühiti tam fəqlidir. Adətən İspaniyadan gələn futbolçular ölkəmizdə özünü göstərə bilmir. İsrafilov bu sarıdan çətinlik çəkə bilər?
– Razıyam, mühit fərqlidir. Ancaq çempionatla milli komandaı qarşıdırmayaq. Bəli, klublarımıza gələn futbolçular istər-istəməz səviyyəsini aşağı salır. Ancaq İsrafilov yalnız millimizin oyunları zamanı Azərbaycana gələcək. Buna görə də onun çətinlik çəkəcəyini düşünmürəm. İspaniyadan gələn futbolçuların çempionatımızda özünü göstərə bilməməsinin səbəbi mühitlə bağlıdır. İsrafilov isə burada yaşamayacaq. Həm də o, milli komandamızın heyətində ancaq Avropa ölkələrinin milli komandalarına qarşı çıxış edəcək. Ona asan olacaq.
– İsrafilovu bizim millinin futbolçuları ilə necə müqayisə etmək olar?
– Bizim səviyyəmiz hamıya məlumdur. Çempionatımız səviyyəsi hər şeydən xəbər verir. Bunun nəticəsidir ki, stadionlara azarkeş gəlmir. İspaniyanın birinci divizionu bizim çempionatdan qat-qat səviyyəlidir. İspaniyada hamı futbolla yaşayır. Bizdə isə futbola maraq qalmayıb. Bizim futbolçuların heç bizi İspaniyada çıxış edə bilmir. Bu da onların İsrafilovla fərqini göstərir.
– Acınacaqlı hallardan biri də odur ki, futbolçularımız ölkə xaricində möhkəmlənə bilmir.
– Elə söhbət də bundan gedir. Bizimkilər heç Türkiyə 1-ci divizionunda çıxış edə bilmir, İspaniyada necə çıxış etsinlər? Hamı bilir ki, evdə oynamaq rahatdır. Çünki çempionatımızın səviyyəsi aşağıdır. Futbolçularımız yaxşı bilirlər ki, ölkə xaricində çıxış etsələr, ikiqat artıq məşq etməlidirlər. Yaxşı başa düşürlər ki, xarici klublarda heyətə düşmək çox çətindir. Buna görə də elə vətəndə qalmaq onları qane edir.