- Baxış sayı: 410
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

III MDB oyunlarının 8-ci günündə 9 idman növü üzrə yarışlar baş tutacaq. Allsport.az xəbər verir ki, Gəncə idman sarayında qılıncoynatma yarışları davam edəcək.
Bundan başqa, idman arenasında voleybol üzrə oyunlar keçiriləcək. “B” qrupunda yer alan qadınlardan ibarət Azərbaycan yığması Özbəkistanla, Rusiya isə Qırğızıstanla qarşılaşacaq.
Qəbələ şəhər stadionunda futbol üzrə üçüncü və beşinci yerlər uğrunda oyunlar təşkil olunacaq. Belarus və Tacikistan milliləri bürünc medal üçün yarışacaq. Digər görüş isə Özbəkistan və Qırğızıstan arasında baş tutacaq.
Yevlax OİK-də 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75 və 80 kiloqram çəki dərəcəsində kişi boksçuların yarımfinal görüşləri baş tutacaq.
Qəbələ OİK-də qız və oğlan badmintonçuların fərdi, cüt və qarışıq yarışları davam edəcək.
Şəki OİK-də isə qız və oğlan gimnastların fərdi, həmçinin sinxron proqramda final mübarizəsi baş tutacaq.
Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları davam edəcək.
Gəncə OİK-də 40, 45, 46, 51, 53, 60, 61, 71, 92 kiloqram çəki dərəcələrində güləşçilərin mübarizəsinə start veriləcək.
Mingəçevir “Kür” olimpiya mərkəzində isə karate üzrə yarışlar başlayacaq.