Bu gün daha 3 güləşçimiz yarışa qoşulacaq

Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.

Allsport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov təsnifat mərhələsində Kriştian Keçkemeti (Macarıstan) ilə üz-üzə gələcək.

Murad Lokyayev (97 kq) 1/16 finalda Pontus Lundla (İsveç), Beka Kandelaki (130 kq) isə Stepan Davidlə (Çexiya) güləşəcək.

60 kq
Təsnifat: Murad Məmmədov – Kriştian Keçkemeti (Macarıstan)

97 kq
1/16 final: Murad Lokyayev – Pontus Lund (İsveç)

130 kq
1/8 final: Beka Kandelaki – Stepan David (Çexiya)

Bu gün həmçinin digər yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) mundialda final görüşünə, Eldəniz Əzizli (55 kq) isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Əzizli Snorre Lund (Norveç) / Ekrem Öztürk (Türkiyə) cütünün qalibi ilə, Süleymanov Roman Vlasovla (Rusiya), Hüseynov isə Burhan Akbudakla (Türkiyə) güləşəcək.

55 kq

Bürünc medal görüşü: Eldəniz Əzizli – Snorre Lund (Norveç) / Ekrem Öztürk (Türkiyə)

77 kq

Final: Sənan Süleymanov – Roman Vlasov (Rusiya)

82 kq

Final: Rafiq Hüseynov – Burhan Akbudak (Türkiyə)

Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 12:30-da, medal mücadələləri isə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.

Həmin kateqoriyadan