Bu gün Hafiz Məmmədov «Bakı» camiyəsi ilə görüşüb

O, idman KİV-indən incidiyi üçün, bazaya oyundan sonra gəlib

Bu gün 1-ci divizionda yeni mövsümə start verilib. Allsport.az xəbər verir ki, ilk turda Bakının eyni adlı komandası evdə Naxçıvan «Şərurspor»u ilə qarşılaşıb. Hesabda meydan sahibləri geri olsada, matçın son dəqiqələrində 2 top vuraraq, qələbə qazanıblar.

Saytımıza daxil olan məlumata görə, oyundan sonra «Bakı»nın prezidenti Hafiz Məmmədov bazaya gəlib, komanda camiyəsi ilə görüşüb. Onun qarşılaşmanı canlı izləməməsi, çox guman, obyektiv və subyevtiv səbəbdən idman KİV-indən inciməsidir.

Futbolçulardan razı qaldığını deyən iş adamı, əzmkar oyun nümayiş etdirmələrinə görə təşəkkür edib. Sonra komandaya ürək-dirək verən «Lans»ın sahibi, çətin günlərin arxada qaldığı, hər şeyin yaxşı olacağını deyib. Bildirib ki, bundan sonra maliyyə problemi olmayacaq və komanda 1-ci dəstədə qonaqdır.

Gələn mövsümdən yüksəlişdə olacaqlarını əlavə edən Hafiz Məmmədov, «zolaqlılar»ın keçmiş günlərinə qayıdacağını, uşaq futbolunu bundan sonra da diqqətdə saxlayacağını söyləyib.

Həmin kateqoriyadan