- Baxış sayı: 484
- 15 Dekabr 2025 16:00
- Baxış sayı: 139
- Dekabr 15, 2025
- 0

London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Emin Əhmədov bu gün ailə həyatı qurub. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı yunan-Roma güləşçisinin toy mərasimi paytaxtın tanınmış şadlıq saraylarından olan “Şərq”də baş tutub. Yığıncağa idman ictimaiyyətinin bütün təbəqələrindən təşrif buyurmuşdular. Yüksək ovqatda keçirilən şənlikdə, ümumilikdə, 500-dən çox qonaq iştirak edib.