- Baxış sayı: 429
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

“Bu il I Avropa Oyunlarının 10 illik yubileyidir. MOK bu yubiley münasibətilə xüsusi tədbir keçirdi. İyun ayında isə “Bakı-2015 – Süni intellekt və idmanda innovasiya” müsabiqəsini elan etdik”. Allsport.az saytı olympic.az-a istinadən xəbər verir ki, bu sözü Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlum tədbirin beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasimindən sonra KİV-ə açıqlamasında deyib. Onun bildirdiyinə görə, müsabiqəyə təkcə Bakıdan deyil, xarici ölkələrdən də iştirakçılar qatılıblar:
“Bu gün keçirilən tədbirdə beynəlxalq müsabiqənin qalibləri mükafatlandırıldı. Münsiflər heyətində İspaniya, Türkiyə və Azərbaycan nümayəndələri təmsil olunmuşdular. Qaliblər arasında həm ölkəmizin, həm də Türkiyənin nümayəndələri yer aldı. Avropa oyunlarının qaliblərinin bir çoxu da bu tədbirdə iştirak edirdi. Ümumiyyətlə, biz Azərbaycanın istər idman tarixində, istərsə də siyasi həyatında vacib hadisə olan I Avropa oyunlarının 10-illik yubileyini qeyd etdik”.