- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, dünya güləş birliyi (DGB) bu gün rəsmi saytı vasitəsilə elan edib ki, noyabrda İranda (yunan-Roma güləşi), dekabrda isə ABŞ-da (sərbəst güləş, qadın güləşi) keçirilməsi nəzərdə tutulan DK yarışları baş tutmayacaq.
Ali qurum belə qənaətə gəlib ki, əksər ölkələr dünya çempionatından sonra əsas diqqəti Paris-2024 olimpiadasına hazırlığa yönəldəcək. Bu səbəbdən bir çox aparıcı güləş yığmaları dünya kubokunda iştirak etməyə bilər.
DGB bununla bağlı təhlillər apardıqdan və təşkilatçı dövlətlərlə məsləhətləşdikdən sonra builki DK yarışlarının ləğv edilməsi qərarını verib.
Xəbərdə o da qeyd edilib ki, ali qurum bu yarışa böyük önəm verir və növbəti illərdə dünya kubokunun keçirilməsi nəzərdə tutulub.