- Baxış sayı: 33
- 22 Dekabr 2024 21:05
- Baxış sayı: 161
- Dekabr 18, 2024
- 0
Azərbaycan premyer liqasının XVIII turunda keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (2:0) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, o, matç barədə fikrini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Bu gün çox yaxşı komandaya qarşı oynayırdıq. Rəqib son iki turda məğlub olmasına baxmayaraq, mövsümə nə cür başladısa, elə də davam etdi. Yanvardan indiyə qədər göstərilən performansa görə futbolçularıma təşəkkür edirəm. Bütün oyunlarda bizi tək qoymayan azarkeşlərimizə təşəkkürümü bildirirəm. Yaxşı sonluq oldu. Futbolçuların yaxşı əhvali-ruhiyyədə istirahət etmələri baxımından bu gün qalibiyyət çox vacib idi. Görünən odur ki, gələn il daha çox işləməli, daha diqqətli olmalıyıq. Ümumilikdə komandamdan razı qaldım. Xalqımız üçün 2025-ci il xoş keçsin, hamının arzusu reallaşsın, ölkəmiz üçün faydalı il olsun”.
Baş məşqçi 2024-cü ili komandası üçün uğurlu hesab etdiyini bildirib: Bu ili ən uğurlu illərimizdən biri adlandırardım. Avrokuboklarda 1/8 finala qədər irəlilədik. Ölkəmiz üçün futbol ili oldu. Xalqımız böyük futbol ab-havasını gördü. Həyəcanlı qalibiyyətlər və məğlubiyyətlər oldu. Məsələn, Almaniyanın “Bayer” komandasını hər iki matçda məğlub etmək üçün yaxşı şanslarımız olmuşdu. Həm çempion olduq, həm ölkə kubokunu qazandıq, həm də çempionlar liqasının pley-offunda oynadıq. Qarşıya qoyulan minimum hədəfə çatdıq”.