- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Azərbaycan premyer liqasının XX turunun “Sabah” – “Sumqayıt” görüşündən (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, rusiyalı çalışdırıcı matça belə qiymət verib:
“Bu matç barədə çox danışmaq çətindir. Yaxşı oynadıq, oyuna nəzarət, topa nəzarət bizdə idi, çoxlu qol imkanları yaratdıq. Buna baxmayaraq, qol fürsətlərindən istifadə edə bilmədik. Bunun üzərində çalışmalıyıq”.